![]() |
Cüneyt Arkın vəfat etdi
Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib. Bu barədə “CnnTurk” məlumat yayıb. Əsl adı Fəxrəddin Cürəklibatır olan C. Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb. O, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla layihələrdə yer alıb. Qeyd edək ki, C. Arkın sonuncu dəfə bu ilin yanvarında vəfat edən həmkarı Fatma Giriklə bağlı hönkürə-hönkürə ağlayaraq verdiyi açıqlaması ilə gündəm olmuşdu.
28 İyun, 2022 11:23 ⁄ Baxılıb: 5891
Bu bölmədə6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb6 Dekabr, 2021 Türkiyədə 4,9 ballıq zəlzələ oldu27 İyul, 2021 Türkiyə şəhid verdi |