Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir. Bu əlamətdar tarixlə əlaqədar Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbir ziyarət olunur, rəsmi mərasimlər keçirilir. Artıq səhər saatlarında Türkiyənin milli təhsil naziri Yusuf Tekin uşaq və məktəblilərlə birgə Mustafa Kamal Atatürkün Anıtqəbrini ziyarət edib. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin sədri və üzvləri, ölkənin dövlət rəsmiləri cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər. Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən beş il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.
23 Aprel, 2024 14:41 ⁄ Baxılıb: 12066
Bu bölmədə23 May, 2024 Türkiyə şəhid verdi18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı |