Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə şəhid verdi

İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə ordusunun daha bir əsgəri şəhid olub. Simsar.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sıravi əsgər Vedat Zorba separatçı terror təşkilatının yerləşdirdiyi bombanın partlaması nəticəsində şəhid olub.

“Pəncə-Kilid” əməliyyatı zonasında, 22 may 2024-cü il tarixdə qəhrəman silahdaşımız, sıravi əsgər Vedat Zorba separatçı terror təşkilatı tərəfindən əvvəlcədən yerləşdirilmiş partlayıcının partlaması nəticəsində ağır yaralanıb. Dərhal xəstəxanaya çatdırılan Zorbanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı veririk”, - nazirlikdən bildirilib.

23 May, 2024  17:06 Baxılıb: 7908

Bu bölmədə