Simsar.az | bizi özünüzə Simsar bilin
“Kosmosda Azərbaycan bayrağı sinəmdə olacaq” - Türkiyəli astronavt

“Uçuş zamanı sinəmdə Azərbaycan bayrağı da olacaq”. Simsar.az xəbər verir ki, bu sözləri kosmosa səyahət edəcək ikinci türkiyəli astronavt Tuva Cihangir Atasever “Anadolu Ajansı”na müsahibəsində deyib.

Astronavt bildirib ki, iyunun 8-i baş tutacaq kosmos ekspediyası zamanı həm Türkiyə, həm də Azərbaycan bayrağı sinəsində olacaq: “Bu iki ölkənin bayrağı və xalqı hər zaman necə yan-yanadırsa, mənim kosmos səyahətim müddətində də bu bayraqlar yenə yanaşı olacaqlar”.

Qeyd edək ki, Tuva Cihangir Atasever azərbaycanəsillidir. O, kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.

6 İyun, 2024  15:20 Baxılıb: 6017

Bu bölmədə