Simsar.az | bizi özünüzə Simsar bilin
DAHA BİR BAZAR SÖKÜLƏCƏK

Moskva şəhərinin rəhbərliyi Lyublinski bazarını və «Nessi» ticarət mərkəzini sökmək niyyətindədir

Bununla yanaşı, ərazidəki 7 qanunsuz tikili də söküləcək. Bütün bu obyektlər, paytaxtın Cənub-Şərq İnzibati Dairəsinin mətbuat xidmətinin məlumatına görə, ilin sonunadək ləğv olunmalıdır. Dairənin prefekti Vladimir Zotov bildirib ki, ümumilikdə bu ərazidə özbaşına tikililər var ki, indi onların 18-i ilə bağlı məhkəmə çəkişməsi gedir.

Bu arada bir qədər əvvəl bağlanan «Lujniki» bazarının işçiləri özlərinə yeni yer tapıblar. Avqustun ortalarında «Moskovskiy podşipnik» zavodunun ərazisində «Dubrovka» metro stansiyasının yaxınlığında sahəsi 100 min kv. metr olan yeni bazar açılacaq. Yeni bazarda «Lujniki»nin icarəçiləri üçün də yer ayrılacaq. Burada 2 500 ticarət məntəqəsinin yerləşdirilməsi nəzərdə tutulur. Yeni bazardakı yerlərin 600-nün asiyalılar tərəfindən tutulacağı gözlənilir.

9 Avqust, 2011  03:38 Baxılıb: 1031

Bu bölmədə