Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər.

Simsar.az xəbər verir ki, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Prezident və Birinci vitse-prezident Heydər Əliyevin xatirəsini yad ediblər.

Dövlət başçısı və birinci xanım Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

10 May, 2024  13:25 Baxılıb: 1683

Bu bölmədə