Elmira Süleymanova vəfat etdi
Təzə Pir məscidində Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi keçirilir. APA xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir. Elmira Süleymanova II Fəxri xiyabanda dəfn ediləcək. 14:24 *** Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib. APA xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) olub. O, 1937-ci ildə Bakıda anadan olub. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi alıb. Elmira Süleymanova 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) olub.
25 Aprel, 2024 16:16 ⁄ Baxılıb: 9564
Bu bölmədə30 Sentyabr, 2024 Braziliya Ciu-citsusu üzrə Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününə həsr olunmuş yarış keçirilib30 Sentyabr, 2024 Deputatlara vəsiqələri verildi27 Sentyabr, 2024 WRO Dünya Robot Olimpiadasının qalibləri16 Sentyabr, 2024 Səccad Həsənli məktəbli oldu12 Sentyabr, 2024 Tanınmış jurnalistə vəzifə verildi |