I SİNİFƏ ŞAGİRD QƏBULU BAŞLAYIB
2011-2012-ci tədris ili üçün Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna başlanılıb Bu haqda Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “Qaydalar”a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
8 Avqust, 2011 21:11 ⁄ Baxılıb: 977
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |