TƏLƏBƏ ADI QAZANANLARA 10 GÜN VAXT VERİLDİ
Bu il tələbə adını qazanmış şəxslər 2011-ci il avqustun 8-dən 18-ə qədər sənədlərini daxil olduqları ali təhsil müəssisinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etmək kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
5 Avqust, 2011 16:49 ⁄ Baxılıb: 966
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |