Simsar.az | bizi özünüzə Simsar bilin
ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ İXTİSAS SEÇİMİ BAŞLAYIB

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü bildirib ki, ixtisas seçimi avqustun 5-dən 9-dək aparılacaq. Abituriyentlər elektron ərizələrdə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerlərini də seçə bilərlər.

Nağızadənin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılacaq.

trend

5 Avqust, 2011  16:24 Baxılıb: 992

Bu bölmədə