BAKIDA QANUNSUZ KAZİNO AŞKARLANIB
Azərbaycan Vergilər Nazirliyinin qurumları Bakı şəhəri ərazisində qanunsuz olaraq kompyuter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunların təşkili Bu barədə Nazirlikdən məlumat verilib.Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması və Vergi auditi departamentlərinin avqustun 2-də birgə keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, Xəqani küçəsi,18 ünvanda yerləşən «Star» kafesində Əhmədov Rizvan Fazil oğlunun vergi orqanlarında uçota durmadan qanunsuz kompyuter avadanlıqları quraşdırmaqla kazino, kart və domino ilə qumar oyunları təşkil etməsi aşkar olunub. Vergi əməkdaşları həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 14 kompyuter dəsti, 30 kart, 11 domino, kartla qumar oyunları oynamaq üçün dairəvi stollar götürülüb. Oyunlar kafenin gizlin arxa otaqlarında təşkil edilib. Otaqlarda internet vasitəsilə kazino oyunlarının keçirilməsi, digərlərində isə kart və digər qumar oyunları üçün xüsusi şərait yaradılıb. Fakt üzrə müvafiq akt tərtib edilib.
4 Avqust, 2011 23:18 ⁄ Baxılıb: 1924
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |