Simsar.az | bizi özünüzə Simsar bilin
Culfa və Zərdabda 44 dərəcə temperatur qeydə alınıb

Bu gün Bakıda maksimal temperatur isə 38,5 dərəcə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında hər saatdan bir maksimal temperatur üzərində müşahidələr aparır. 

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakıda maksimal temperatur 38,5 dərəcə olub. Sumqayıtda isə havanın hərarəti 6-7 dərəcə düşüb. Bu gün Sumqayıtda maksimal temperatur 31,5 dərəcə təşkil edib.

3 Avqust, 2011  04:03 Baxılıb: 996

Bu bölmədə