NƏQLİYYATÇILARIN MAAŞLARI ARTIB
2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 19,1 faiz artaraq 428,6 manat olub Bu ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 64 min nəfər muzdlu işçinin dörddə üç hissəsi dövlət müəssisələrində, dörddə bir hissəsi özəl bölmədə çalışıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işçilərin 55,5 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.
29 İyul, 2011 04:27 ⁄ Baxılıb: 967
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |