Simsar.az | bizi özünüzə Simsar bilin
Gənclərdən kitab aksiyası

Tələbələrə pulsuz kitab paylanacaq

Simsar.az-ın məlumatına görə, “Nida”çılar tələbələrdən, keçmiş tələbələrdən və əhalinin başqa təbəqələrindən tələbələrə lazım olan dərslikləri, dərs vəsaitlərini, real və elektron mənbələri toplayaraq ehtiyacı olanlara paylamağı hədəfləyirlər. İlk olaraq 31 iyulda “Sahil” (keçmiş “26-lar”, M.F. Axundov adına kitabxananın qarşısı) bağında görüşəcək aksiya iştirakçıları kitablarını və başqa vəsaitlərini gətirib bir yerə toplayacaq və sonra facebook sosial şəbəkəsində yaradılmış səhifə vasitəsilə ehtiyacı olan tələbələrə paylayacaqlar. 

Artıq facebook sosial şəbəkəsində 4000-dən artıq insana dəvət göndərilib, yüzlərlə insan tədbirə gələcəyini və kitabla dəstək olacağını təsdiqləyib: “İnanırıq ki, bu aksiya ilə hər semestr eyni kitablara pul verilməsinin qarşısını almaq, kitablara daha xoş münasibətin göstərilməsini təmin etmək, ən əsası isə tələbələrimizə az da olsa, xərclərində kömək etmək mümkün olacaqdır”.

27 İyul, 2011  16:33 Baxılıb: 998

Bu bölmədə