Simsar.az | bizi özünüzə Simsar bilin
Bir siyasətçi, iki meyxanaçı bir arada

Zərdüşt Əlizadə, Aqşin Fateh, Elşən Xəzər prezidentə müraciət etdilər

Orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün başlanan “Prezidentə 100 minlik müraciət” adlı kampaniya yekunlaşıb, imzalar yığılıb

DEVAMM-ın orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün başlatdığı “Prezidentə yüzminlik müraciət” kampaniyası yekunlaşıb. Bu kampaniya çərçivəsində Azərbaycan vətəndaşlarından 100 mindən artıq imza toplanıb. Bu gün üçün imzaların sayı 100 min 330 olub.

Müraciətə qoşulanlar arasında bir sıra tanınmış simalar da var. Bu sırada politoloq Zərdüşt Əlizadə, “Turan” agetliyinin direktoru Mehman Əliyev, jurnalist Azər Rəşidoğlu, futbol üzrə əməkdar məşqçi Ağasəlim Mircavadov, ehtiyatda olan zabit Yaşar Cəfərli, tanınmış meyxanaçılar Aqşin Fateh, Mehman Əhmədli, Elşən Xəzər, aktrisa Həmidə Ömərova və akademik Rafiq Əliyev də var.

RAMİL

26 İyul, 2011  23:04 Baxılıb: 1137

Bu bölmədə