BRONİSLAV KOMOROVSKİ İÇƏRİ ŞƏHƏRDƏ OLUB
Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Bronislav Komorovski iyulun 26-da İçəri Şəhərdə olub İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, ali qonağı qarşılayan idarənin rəisi Mikayıl Cabbarov idarənin fəaliyyəti barədə və Polşa memarlarının Bakının memarlığında qoyduqları iz haqqında informasiya verib. Qonağın Bakının qədim hissəsi ilə tanışlığı Əliağa Vahid bağında qəzəlxan barədə məlumat verilməsi ilə başlanılıb, “Şirvanşahlar Sarayı Kompleksi”nə daxil olan binaların hər birinin təyinatı və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə davam edib. Kiçik Qala küçəsində cənab Komorovski Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb. Prezident Komorovskiyə UNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilib və qonaq yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanış olub.
26 İyul, 2011 19:15 ⁄ Baxılıb: 1003
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |