YAP JURNALİSTLƏRƏ MÜKAFAT VERDİ
Əli Əhmədov: "kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur" Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Ə. Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Son illərdə Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf getdiyini deyən Ə. Əhmədov Azərbaycan dövlətinin və prezidentinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verdiyini deyib.
18 İyul, 2011 21:22 ⁄ Baxılıb: 968
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |