Simsar.az | bizi özünüzə Simsar bilin
ÇAYLARDAKI MÖVCUD VƏZİYYƏT AÇIQLANIB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

Departamentdən verilən məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 75-115, Naxçıvan Muxtar Respublikası çaylarında isə 90-110 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 188 kub metr/san, yəni ongünlük normanın 90 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 71 kubmetr/san, yəni ongünlük normanın 63 faizini təşkil edir.
Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 438, Şirvanda 323, Bankədə 260, Salyanda 327, Araz çayının Novruzlu məntəqəsində isə 145 santimetrdir.

18 İyul, 2011  20:53 Baxılıb: 977

Bu bölmədə