Simsar.az | bizi özünüzə Simsar bilin
DAK Azərbaycanda fəaliyyətini dayandırdı

Sabir Rüstəmxanlı səbəb də göstərir

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia yeni sərəncam imzalayıblar. Konqres həmsədrlərinin sərəncamına əsasən, iki ildən artıq müddətdə DAK-ın Azərbaycan nümayəndəliyinin qeydiyyata alınması mümkün olmadığına görə bu qurumun fəaliyyəti dayandırılıb.

Həmin sərəncamla DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri məsuliyyətindən azad edilib.

18 İyul, 2011  18:56 Baxılıb: 1706

Bu bölmədə