Simsar.az | bizi özünüzə Simsar bilin
“Space” dediyini edə bilmədi

“Dinamo”- Neftçi” qarşılaşması göstərilmədi 

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilk matçına çıxıb. Flaqmanın rəqibi Zaqrebin “Dinamo” klubu olub. Qarşılaşma “Dinamo”nun “Maksimir” stadionunda keçirilib. "Dinamo"nun tam üstünlüyü ilə keçən oyunda Azərbyacna təmsilçisi 0-3 hesabı ilə uduzub.

Azərbaycan tamaşaçısı bu xəbərləri sadəcə, eşidib. Oyunun canlı yayımına isə baxmaq mümkün olmayıb. “Space” televiziyası oyuna yayımlama sahibliyi edən şirkətlə müqavilə bağlasa da dünən axşam saat 11-dən etibarən texniki problemlər ucundan bağlantı alınmayıb.

Anar

14 İyul, 2011  16:19 Baxılıb: 1221

Bu bölmədə