Həbsxanalarda neçə ömürlük dustaq var?
Ömürlük həbsə məhkum edilənlərin psixoloqa ehtiyacları var “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatı ilə birgə “Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə” mövzusunda Milli Konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri Kamil Səlimov bildirib ki, hazırda Azərbaycanda 251 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. K. Səlimov 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunduğunu, bundan sonra ölkədə ömürlük həbsə məhkum edilənlərlə bağlı ciddi işlər görüldüyünü, cəzaçəkmə müəssisələrində liberallaşdırma həyata keçirildiyini deyib. O, həmçinin deyib ki, son 10 il ərzində Azərbaycanda ömürlük həbsə məhkum edilənlərə verilən görüşlərin sayı 4 dəfə artırılıb. Hazırda onlar radio və televiziya verilişlərinə baxa, yaradıcılıqla məşğul ola bilirlər.
5 İyul, 2011 18:18 ⁄ Baxılıb: 2157
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |