"“Wikileaks” Qarabağdan yazdı
Metyu Brayza: "Serg Sarkisyan çox böyük risqə gedir" ABŞ Dövlət departamentinin məxfi sənədlərini dərc edən “Wikileaks” saytı növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat yayıb. Simsar.az-ın məlumatına görə, “Wikileaks” saytının yayımladığı xəbərdə bildirilib ki, Ankara və Vaşinqton 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün ciddi ümidlər əldə edib. İki dövlət hesab edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün qısa müddətdə açar tapmaq mümkün olacaq. Bu diplomatik məlumatlar Türkiyənin xarici işlər nazirinin müavini Ərtoğrul Apakanın 2008-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı olan hesabatdır. Sənəddə Apakanla ABŞ-ın dövlət katibinin müavini Daniel Frid arasında danışıqların gedişi kifayət qədər təfərrüatı ilə təqdim edilib. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salması müzakirə edilib. Görüş çərçivəsində türk diplomatları Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin onlara danışıqların kifayət qədər müvəffəqiyyətlə keçdiyi və məsələnin həlli üçün kifayət qədər yaxşı şansların olduğunu vurğulayıblar.
5 İyul, 2011 16:52 ⁄ Baxılıb: 1153
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |