Simsar.az | bizi özünüzə Simsar bilin
29 abituriyenti imtahandan kənarlaşdırıb

1813 nəfər imtahana gəlməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 3-də keçirdiyi III ixtisas qrupunun imtahanında “sual kitabçası”nı dəyişməyə və köçürməyə cəhd göstərən 29 abituriyenti imtahandan kənarlaşdırıb. Bu barədə Simsar.az-a  TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi deyib ki, ötən gün III ixtisas qrupunun imtahanında iştirak etməli olan 32 min 869 abituriyentdən 1813-ü imtahana gəlməyib və nəticədə isə onların nəticələri ləğv edilib. Elnur Nağızadə əlavə edib ki, imtahana mobil telefonlarla keçməyə cəhd göstərmə faktı aşkarlanmayıb.

Xatırladaq ki, iyulun 3-də Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda III ixtisas qrupu üzrə dövlət imtahanları keçirilib.

4 İyul, 2011  17:03 Baxılıb: 971

Bu bölmədə