İslam Partiyasına rədd cavabı verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasının (AİP) paytaxtda mitinq keçirmək niyyəti ilə bağlı müraciətinə cavab verib. AİP-in sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyanın iyulun 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyası yaxınlığında və ya “Təbriz” kinoteatrının qarşısında mitinq keçirilməsi üçün razılaşdırılması ilə bağlı müraciətinə mənfi cavab verib. AİP sədri Elçin Manafova verilən rəsmi cavabda BŞİH mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
4 İyul, 2011 16:57 ⁄ Baxılıb: 1033
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |