Simsar.az | bizi özünüzə Simsar bilin
Sualların cavabı bilindi

III ixtisas qrupu üzrə qəbul imtahanını necə vermisən?

TQDKU-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, abituriyentlər TQDK-nın saytına daxil olaraq Azərbaycan və rus bölməsi üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarına baxa bilərlər.


Qeyd edək ki, TQDK iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
İmtahan Respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçirilib. İmtahana orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi-müəllim, 247 imtahan rəhbəri cəlb olunub.

4 İyul, 2011  13:30 Baxılıb: 1980

Bu bölmədə