Simsar.az | bizi özünüzə Simsar bilin
28 QHT pul aldı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib

Simsar.az-ın məlumatına görə, iclasda mayın 16-da keçirilən turizm mövzusunda elan edilmiş maliyyə yardımı müsabiqəsinin yekunları açıqlanıb. Bildirilib ki, Şura ekspert rəylərini nəzərə alaraq, 28 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qaliblərin siyahısı an müsabiqə qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib. 

Daha sonra 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin keçirilməsi qərar alınıb və şuranın bu ilin II rübünə olan fəaliyyətinə dair hesabat oxunub. Sonda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda Şuranın üzərinə düşən vəzifələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

2 İyul, 2011  17:15 Baxılıb: 1250

Bu bölmədə