Simsar.az | bizi özünüzə Simsar bilin
QANVERMƏ AKSİYASI

Gəncədə növbəti qanvermə aksiyası keçirilib

Mərkəzi qan bankının təşəbbüsü ilə qurumun Gəncə bölməsi növbəti qanvermə aksiyası təşkil edib. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı tədbirdə donor olmaq istəyənlərin kütləviliyi müşahidə olunub. Hazırda respublikada 3000-ə yaxin hemofiliya və talassemiyadan əziyyət çəkən insan var. Bu xəstələr ayda ən azı bir və ya iki dəfə qanla təmin olunmalıdır. Ay ərzində təxminən 200 nəfər donor qanı gərəkdir. Gəncə regional qan köçürmə bankında 108 nəfər irsi qan xəstəsi qeydiyyatdadır.

30 İyun, 2011  21:15 Baxılıb: 1037

Bu bölmədə