SABAHDAN PENSİYALAR ARTIR
"Artım həm 2006-cı il yanvarın 1-dək, həm də 2010-cu il yanvarın 1-dək təyin olunan pensiyaçıların hamısına şamil edilir" Ötən il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğini orta hesabla 40 faiz artırmağı nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər sabahdan qüvvəyə minəcək. Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Elşən Məmmədəliyevin verdiyi məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiya təyin olunmuş şəxslərin pensiyaları iş stajına uyğun olaraq hesablanacaq. Artım təxminən 1 milyona yaxın pensiyaçını əhatə edəcək və orta hesabla 40 faizə yaxın olacaq.
30 İyun, 2011 19:40 ⁄ Baxılıb: 1529
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |