Simsar.az | bizi özünüzə Simsar bilin
2015-Cİ İLƏDƏK AİLƏ HƏKİMLƏRİ FƏALİYYƏTƏ BAŞLAYACAQ

Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyət göstərməyə başlayacaqlar.

Bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.

Tədbirlər Planında qeyd edilib ki, həmin müddətədək Səhiyyə Nazirliyi ailə həkimlərinin hazırlığını sürətləndirəcək.

Bununla yanaşı, 2015-ci ilədək səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək.

Ali tibbi təhsildə yeni tədris proqram və metodları tətbiq ediləcək, müvafiq ixtisaslar üzrə dövlət təhsil standartları təkmilləşdiriləcək.

29 İyun, 2011  20:30 Baxılıb: 1105

Bu bölmədə