Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı iş xanımı Mina Olivianın Türkiyədə uğurları - FOTO

“Olivia Birlik Akademi Danışmanlık” (Olivia Birlik Akademik Məsləhət), “Olivia Moda Tasarım” (Olivia Dəb Dizayn) və “Olivia Production” Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən şirkətlərdir. Hər üç şirkətin rəhbəri azərbaycanlı iş xanımı Mina Oliviadır.
“Birlikdə güclü olmağa və bilikdə yaranan gücün, mükəmməlliyə doğru gedən yolun açarı olduğuna inanaraq, Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlamışıq. Bu, bizim üçün qürurvericidir! Çünki azərbaycanlı olaraq qardaş ölkədə fəaliyyətimiz uğurlu şəkildə irəliləməkdədir”, - deyən iş xanımı Mina Olivia şirkətlərin filiallarının Azərbaycanda da fəaliyyətə başlayacaqlarını bildirib. Bu yöndə artıq işlər bitmək üzrədir.
Qeyd edək ki, “Olivia Birlik Akademi Danışmanlığ”ın tərkibinə biznes yaratma, sponsor yönəltmə, marka tanıdılması, layihə icrası, mədəniyyət, incəsənət və idman sahəsində təşkilatçılıq və əmlak danışmanlıqları daxildir.
Şirkətin müdiri Murat Sebahın bildirdiyinə görə, danışmanlıq şirkətinin xidmətlərindən azərbaycanlı və digər xarici ölkələrin vətəndaşları da yararlanmaqdadırlar. Bununla yanaşı, şirkət özünəməxsus layihələri də həyata keçirir.
“Olivia Production”un fəaliyyəti də geniş şəkildə öz əksini tapmaqdadır. “Production”un gördüyü işlər sırasında film və serial çəkilişləri, mədəniyyət, incəsənət və dəb sahəsində müxtəlif layihələr həyata keçirilməyə başlanılıb. “Olivia Moda Tasarım” “Olivia Brand” olaraq, xüsusi dizaynlarla hazırlanmış qadın  geyimlərini artıq müştərilərinə təqdim edib. Hazırda isə yeni dizaynlardan ibarət müxtəlif geyimlərin yeni kolleksiyası hazırlanmaqdadır.
Qeyd edək ki, hər üç şirkətdə peşəkar heyət çalışır. Mina Olivianın bildirdiyinə görə, “Olivia” Birliyin tərkibində “MiraylaStore” onlayn satış xidmətinə start verilib. Satışda dünyanın müxtəlif məşhur markalarının məhsulları yer alır və bütün malların sərfəli qiymətə satışı həyata keçirilir.
Hazırda Türkiyədə fəaliyyət göstərən onlayn xidmət yaxın günlərdə Azərbaycan, Gürcüstan və Dubayda da fəaliyyətinə start verəcək.
Azərbaycanda yaşayan hər kəs www.miraylastore.com saytına daxil olaraq, rahat alış-veriş edə biləcək.

Şirkətin ünvanı:
Türkiyə, İstanbul şəhəri
Emirgan məhəlləsi, Çamfıstığı küçəsi 16
Telefon: +90 (212) 323 11 00
İnstagram: @oliviabirlik @oliviamodatasarim

 

26 Avqust, 2020  12:39 Baxılıb: 3483

Bu bölmədə