Ağsuda iki qadın itkin düşüb - Fotolar
Ağsu rayonunun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun əlamətləri belədir: Boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir. Bundan başqa Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
6 Sentyabr, 2022 13:24 ⁄ Baxılıb: 5527
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |