14 mənzildən oğurluq edən şəxs saxlanılıb
Bakıda mənzildən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Eminov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun daha 13 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.
16 Mart, 2020 13:25 ⁄ Baxılıb: 2016
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |