Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Mehdi: "Bu qız ayrıca bir şəhərdir"

 

 

 

 

 

 

 

 

 

... Dəyişdi öz yerişiylə

bu şəhərin

duruşunu.

Keçirib addımlarından

açdı yolun qırışını.

Yolu yüyürdü

qabağa,

gəlişindən qaldı geri.

Fırladıb

özünə sarı,

saldı söz şəklinə yeri.

Ayaq üstəcə doğulub,

boy atdı bəlkə yüz dəfə.

Başqalaşıb

göz önündə,

döndü

sonsuz sayda mifə.

...Bu qız bu şəhər içində

ayrıcana

bir şəhərdi.

Özü boyda bir təkliyin

çoxluğuna bərabərdi...

31 İyul, 2019  11:16 Baxılıb: 1198

Bu bölmədə