Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Mirəliyev: "Ümumiyyətlə, bu Tünzalə Ağayeva kimdir?"

Mərhum Əməkdar artist Aygün Bəylərin vəfatından sonra bir çox sənət adamları onun qızına dəstək çağırışları etdi.

Hətta ona ölümünə qədər Xalq artisti adının verilməməsi məsələsi də gündəmə gətirilib.

“Cebhe.info”-ya açıqlamasında  müğənni Əli Mirəliyev Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” sözlərini xatırladıb:

“Lakin Aygün Bəylərə sağlığında layiqincə qiymət verilmədi. Rəhmətlik mənim qızım yaşında idi. Xalq artisti adına çoxdan layiq idi. Nəyə görə Röyə Ayxan Xalq artisti adını alıb, amma Aygün Bəylər almayıb? Akif İslamzadə sağdır, amma Xalq artisti adını almayıb. Efirdə tam biabırçılıq hökm sürür.

Məsələn, ümumiyyətlə, bu Tünzalə kimdir? Nə oxuyur? Oxuyandır? O dəfə Tünzalə Ağayevanın videosuna baxdım. Yarılüt, çılpaq, bütün sinəsi, bədəni çöldə konsertə gəlmişdi. Hələ jurnalistə deyir ki, məni çəkməyin. Başdan ayağa rəzalətdir. Səni çəkməsin nə etsin? Konsertə lüt gəlib, özü də Xalq artisdidir”.

Əli Mirəliyev iddia edib ki, Xalq artisti adını layıq olmayan insanlar alır:

“Mədəniyyət Nazirliyində layiq olmayan şəxslərə Xalq artisti adı verdirilir. Kiminin pulu var, kiminsə adamı və ən əsası qadın müğənnilərin nələrisə varsa, onlara Xalq artisti adını verdirirlər”.

12 Yanvar, 2024  16:21 Baxılıb: 5292

Bu bölmədə