Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilsin. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır: Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin üzvləri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru. Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaradacaq və Azərbaycan gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin edəcək, müsabiqənin keçirilməsi qaydalarını təsdiq edəcək. İşçi qrup müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən edəcək. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilir. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılır.
26 İyul, 2019 18:19 ⁄ Baxılıb: 848
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |