Bəxtiyar Vahabzadənin oğlu tutduğu vəzifədən azad olunub
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub. Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.(apa)
21 Aprel, 2017 10:59 ⁄ Baxılıb: 1934
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |