Kürdəmirdə leysan
Rayonda 15 min hektara yaxın əkin sahəsi su altında qalıb Ötən iki gün ərzində yağan güclü leysan yağışları nəticəsində Kürdəmir rayonunda 200-ə yaxın fərdi yaşayış evini, həyətyanı və əkin sahələrini su basıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-nın Şirvan bürosunun bildirib ki, güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı, Azərbaycan, Alı Mustafayev, Əzizbəyov, M.Ə.Sabir, İ.Məmmədov küçələrində və Aran yaşayış massivində, şəhərə bitişik Atakişili və Xırdapay kəndlərində yerləşən 200-ə yaxın fərdi yaşayış evinə dolub, mənzillərin zirzəmisi və həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Bir çox evlər küçələrə nisbətən təxminən 70-80 sm çökəkdə yerləşdiyi üçün daha çox həmin əraziləri sel suları basıb. Həmçinin, Kürdəmir şəhərindəki uşaq-musiqi məktəbinin otaqlarına və həyətyanı sahəsinə də yağış suları dolub. Yağış və sel suları Kürdəmir şəhərinin ərazisinin 60 faizinə ciddi ziyan vurub.
23 May, 2011 18:33 ⁄ Baxılıb: 1090
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |