Rusiyada təhsil almaq istəyənlərə xəbər
Sabah qəbul imtahanıdır “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək”. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın 25-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 48, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) ödənişsiz əsaslarla təhsil almaq üçün 3, Rusiya Xalqlar Dostluğu Universitetinin filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 plan yeri ayrılıb.
20 May, 2011 17:33 ⁄ Baxılıb: 3314
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |