Simsar.az | bizi özünüzə Simsar bilin
POLİS RƏİSİ, NECƏ İŞLƏYİRSƏN?

DİN vətəndaşlar arasında sorğu keçirir

Daxili İşlər Nazirliyi polis sahə rəislərinin fəaliyyətindəki neqativ halların qarşısını almaq məqsədi ilə virtual rəy sorğusu keçirir. Bu barədə APA-ya nazirlikdən bildirilib.

Hər bir vətəndaş sorğuda iştirak edib polis sahə rəisləri barədə müvafiq suallara cavab verə bilər. Rəy sorğusunda polis sahə rəislərinin işi, vətəndaşlarla polis arasındakı münasibətlər, şikayət və ərizələrlə bağlı suallar yer alıb. Sorğuda həmçinin polis yanında fəaliyyət göstərən İctimai Şuraya vətəndaşın üzv olub-olmaması ilə bağlı da sual verilir.

Virtual rəy sorğusunda iştirak etmək istəyən vətəndaşlar aşağıdakı ünvana daxil olmalıdırlar:

20 May, 2011  16:39 Baxılıb: 1200

Bu bölmədə