Orta və iritutumlu 200 avtobus gətiriləcək
Paytaxtda yeni marşrut xətlərinin yaradılması gözlənilir Bu ilin sonunadək Bakıya daha 200 orta və iri tutumlu avtobus gətiriləcək. Bu barədə Simsar.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. N.Həsənovun sözlərinə görə, paytaxtda sərnişindaşıma sahəsində aparılan islahatlar nəticəsində marşrut xətlərinin sayı 310-dan 217-yə endirilib: “Lakin müəyyən istiqamətlərdə yeni xətlərin yaradılmasına və avtobusların gətirilməsinə ehtiyac yaranıb. Biz bu iş üzərində araşdırmalar aparırıq. “Qaynar xətt”imizə gələn zəngləri və müfəttişlərimizin yerlərdə apardığı araşdırmaları nəzərdən keçiririk”.
19 May, 2011 18:44 ⁄ Baxılıb: 1225
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |