Daha 4 dindar tutuldu
Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin binası qarşında keçirdiyi qanunsuz aksiya ilə bağlı daha 4 nəfər həbs olunub. Bu barədə APA-ya saxlanılanların vəkil Dilqəm Ağayev məlumat verib. Vəkil Rəşad, Çingiz və adlarını bilmədiyi daha iki nəfərin barəsində həbs-qətimkan tədbirinin seçildiyini deyib: “Şənbə və bazar günləri daha dörd nəfər həbs olunub. Məndə olan məlumata görə, onların da barələrində eyni maddə ilə cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib”. Dilqəm Ağayev bununla da, saxlanılan şəxslərin sayının 9-a çatdığını bildirib.
16 May, 2011 18:59 ⁄ Baxılıb: 1235
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |