Simsar.az | bizi özünüzə Simsar bilin
Saakaşvilidən Əliyevə "Evrovision" təbriki

Mayın 15-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Simsar.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Gürcüstan prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Evrovision 2011” müsabiqəsində qələbəsi münasibətilə Azərbaycan prezidentinə təbriklərini çatdırıb və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulayıb.

Azərbaycan prezidenti göstərilən diqqətə və təbrikə görə Saakaşviliyə minnətdarlığını bildirib.

Dövlət başçıları iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edib.

16 May, 2011  16:26 Baxılıb: 1252

Bu bölmədə