Hansı jurnalistlər qalib oldu?
DSMF müsabiqənin nəticələrini açıqladı
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kütləvi informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqənin qalibləri cümə günü mükafatlandırılıb. Trend-in məlumatına görə, "Ən yaxşı məqalə" nominasiyası üzrə I yerə İlhamə İsabalayeva Azəri-Press Xəbər Agentliyində (APA) dərc olunan yazısına görə, II yerə İlahə Məmmədli "Trend" İnformasiya Agentliyində dərc olunan yazısına görə mükafatlandırılıb. Müsabiqəyə sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə də avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr, televiziyada göstərilmiş telesüjetlər təqdim edilib. Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalə" nominasiyası üzrə ikinci yerə İlahə Məmmədli ilə yanaşı, Samir Mustafayev "Azərbaycan" qəzetində dərc olunan yazısına görə, III yerə (3 nəfər) İradə Ağayeva "Азербайджанские Известия" qəzetində dərc olunan yazısına görə, Murad Baxşəliyev "Paritet" qəzetində dərc olunan yazısına görə və Akif Nəsirli "Paralel" qəzetində dərc olunan yazısına görə layiq görülüblər.
13 May, 2011 22:11 ⁄ Baxılıb: 1299
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |