Simsar.az | bizi özünüzə Simsar bilin
Sürücü, siqaret çəkmə!

Nazirlər Kabineti qadağa qoydu

Şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək olmaz

Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edilib.

Simsar.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, qurumun qəbul etdiyi qərara əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək qadağan edilib. 
Bu qərar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qəbul olunub.

27 Aprel, 2011  19:46 Baxılıb: 3609

Bu bölmədə