GÜLSEL SƏFƏROVA: «PREZİDENT GÖRÜŞDƏ HƏR İKİ TƏKLİFİMİ DƏSTƏKLƏDİ» - EKSKULİZİV
«Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının özəlliyi ondadır ki, burada Azərbaycan gəncliyinə tam kimi baxılır» Aprelin 6-da ölkə prezidentinin imzaladığı «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı haqqında sərəncamda və aprelin 21-də fəal gənclərlə keçirdiyi görüşdə bu sahədəki mövcud problemlərlə yanaşı, çıxış yolları da göstərilib. Prezidentin gənclərlə görüşündə maraqlı təkliflər səsləndirilib. - «2005-2009-cu illər Azərbaycan Gəncliyi» Dövlət Proqramı barədə sərəncamda gənclərinin problemlərinin həlli istiqamətində praktik addımların atılması nəzərdə tutulmuşdu. Bu istiqamətdə müəyyən işlər görüldü. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Sürətli inkişaf zamanı digər sahələrdə boşluqlar yaranır ki, onların aradan qaldırılması üçün proqramlar hazırlanır. «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» proqramı haqqında sərəncamın imzalanması məhz bu bu zərurətdən yaranıb. Məşğulluq, ipoteka, ixtisas-peşə hazırlıqları sahələrində boşluqlar var. Yaxın dörd il ərzində bu sahələrdə real addımların atılması planlaşdırılır. Proqramın hazırlanması üçün İşçi Qrupu yaradılıb. İşçi Qrupunda məmurlarla yanaşı, gənclər də təmsil olunurlar. Yaxın iki ay ərzində proqramı hazırlayıb prezidentə təqdim edəcəyik. - Proqrama hansı məsələlərin daxil edilməsi planlaşdırılır? - Təkliflər çox genişdir. Gənclərin problemləri orada əhatə olunub. Məşğulluq probleminin həlli, İpoteka kreditlərinin verilməsi, Gənclər Mərkəzinin açılması, əlavə olaraq Gənclər Fondunun yaradılması nəzərdə tutulur. Gənclərin asudə vaxtlarının təşkili üçün Gənclər Mərkəzinin açılması planlaşdırılır. Gənclər Fondu isə gənclər təşkilatlarının, fərd olaraq gənclərin layihələrinə, təşəbbüslərinə dəstək verəcək. 4 il ərzində bu istiqamətdə xeyli işlər görüləcək. - Gənclərin prezidentlə görüşü də proqrama uyğun olaraq baş tutub? - Bəli. İlk dəfə idi ki, prezidentlə gənclərin bu şəkildə görüşü olub. Sabahdan başlayaraq hər həftə gənclər proqramı ilə bağlı ictimai müzakirələr aparılacaq. İlk müzakirə sabah Strateji Araşdırmalar Mərkəzində olacaq. Müzakirələrin təşkilində məqsəd odur ki, gəncləri maraqlandıran məsələlər müəyyənləşdirilib, onların həlli istiqamətində işlər görülsün. 4 il ərzində gənclərin intellektual inkişafı üçün də gərəkən addımlar atılacaq. Müzakirələr zamanı səslənəcək dəyərli təkliflər proqrama salınacaq. - Siz görüşdəki çıxışınızda hansı məsələləri toxundunuz? - Mən gənclərin ideoloji müstəvidə, milli-mənəvi cəhətdən hazırlanması barədə danışdım. Azərbaycan gəncinin modelinin formalaşması, gəncin müəyyən iddialarla çıxış etməsinə ehtiyac var. Potensialımız imkan verir ki, Azərbaycan gənci Yaxın Şərqin düşünən beyin mərkəzinə çevrilsin. Bu zaman intellektual təhlükəsizlik problemi həll olunacaq. İntellektual təhlükəsizlik olan cəmiyyətdə keyfiyyətli düşüncə olur. İntellektual təhlükəsizlik düşüncə baxımından Azərbaycanı önə çıxarır. Bu mənada İxtiraçılar Mərkəzinin yaradılması zəruridir. Prezidentlə görüşdə bu məsələyə toxundum. Cənab prezident bu fikiri çox müsbət qarşıladı. Təklifimizin prezident tərəfindən dəstəklənməsi təşkilatımızın uğurudur. Mən həm də region gənclərinin forumu məsələsinə də toxundum. Azərbaycanda üç milyon gənc var. Onların böyük əksəriyyəti regionlarda yaşayır. Bu mənada gənclərin prezidentin fikirləri, dövlətçilik ideyaları ilə tanış olmalarına ehtiyacları var. Bu həm də vacibdir. - Qeyd etdiniz ki, Azərbaycanın iqtisadi potensialı gənclərin intellektual inkişafına tam imkan verir. Amma Ermənistan və Gürcüstan gəncləri beynəlxalq arenada daha çox fəallıq göstərirlər, intellektual baxımdan bizdən daha güclü görünürlər. - Əgər bu gün Azərbaycan gənci özünü və dövlətini beynəlxalq tədbirlərdə zəif təmsil edirsə, bu onların şəxsi və milli dəyərlərinə münasibətini göstərir. Azərbaycan gənclərinin xaricdə təhsilinə dövlət 10 milyon manatda yaxın vəsait xərcləyir. Bu insan kapitalına xərclənən vəsaitdir. Gənclər təşkilatları isə dövlət dəstəyinə arxalanmamalıdırlar. Özlərinin resurslarına güvənməlidirlər. Gənclər təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb, Gənclər və İdman Nazirliyi bu yöndə fəaliyyət göstərir və Gənclər Fondunun yaradılması planlaşdırılır. Gənclər təşkilatının nümayəndəsinin xarici tədbirlərdə zəif iştirakı dövlətin deyil, həmin təşkilatın problemidir. Dövlətin təşəbbüsü var. Amma gənclər təşkilatları özləri təşəbbüslər qaldırmalıdırlar. - Azərbaycanda ayrı-ayrı siyasi partiyalar var ki, onların tərkibində gənclər təşkilatları da fəaliyyət göstərirlər. Müxalifət düşərgəsində təmsil olunan gənclər onlara qarşı təzyiqləri, diqqətsizliyi daha çox qabardırlar. Prezidentlə görüşdə müxalif fikirli gəncləri narahat edən problemlər qaldırıldımı? - Qeyd etdiyim kimi, gənclər proqramı gənclərin probleminə qlobal yanaşır. Prqoram gəncləri iqtidar-müxalifət cəbhəsinə bölmür. Proqramın özəlliyi ondadır ki, burada Azərbaycan gəncliyinə tam, bütöv baxılır. Prezident məşğuluq məsələsini əsas problem kimi vurğuladı. Bu il həm də turizm ilidir. Yeni iş yerləri açılır, təlabat artır. Amma kadr problemi var. Bu problemi aradan qaldırmaq üçüq texniki-peşə hazırlığının gücləndirilməsi planlaşdırılır. Yəni gənclərin inkişafında dinamiklik yaratmaq üçün kompleks tədbirlər işlənib hazırlanıb. - Müstəqil gənclər daha çox layihələrinin dövlət qurumları tərəfindən maliyyələşdirilməməsindən şikayətlənirlər. Qeyd edirlər ki, donor rolunu oyanan dövlət qurumlarında bu sahədə müəyyən maneələr mövcuddur. Düşünmək olarmı ki, bundan sonra maneələr olmayacaq? - Qeyd etdiyim kimi, sabahdan başlayaraq gənclərin problemlərilə bağlı ictimai müzakirələr keçiriləcək. Müzakirələr hər bir gəncə açıqdır. Kimin dəyərli bildiyi ideya varsa, İşçi Qrupuna və ya Gənclər və İdman Nazirliyinə təqdim edə bilər. Dövlət özü maraqlıdır ki, əhəmiyyətli layihələrə dəstək versin. Layihə verən gəncin siyasi dünya görüşü heç bir əhəmiyyət kəsb etmir.
22 Aprel, 2011 20:25 ⁄ Baxılıb: 3510
Bu bölmədə12 Yanvar, 2024 Əli Mirəliyev: "Ümumiyyətlə, bu Tünzalə Ağayeva kimdir?"18 Oktyabr, 2023 Məhəmmədəli Qəribli yazır: Yaqut Nərimanın qətli, Orxan Məmmədlinin intiharı və təhlükəli Zaur Baxşəliyev sindromu…22 Avqust, 2022 Elmar Hüseynov yazır: "Dünya bizi niyə eşitsin?" |