Simsar.az | bizi özünüzə Simsar bilin
BDU -da ekologiya və torpaqşünaslıq fakültəsi açılıb


Bu gün Bakı Dövlət Universitetində ekologiya və torpaqşünaslıq fakültəsinin, “Ekoloji monitorinq” üzrə elmi tədris və “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi tədqiqat laboratoriyalarının və kompüter otağının açılış mərasimi keçirilib.

Universitetin rektoru Abel Məhərrəmov bildirib ki, müasir avadanlıqlarla təşkil olunmuş fakültə bakalavr pilləsi üzrə üç ixtisas – “ekologiya”, “torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. A. Məhərrəmov yeni açılmış fakültənin universitetdə sayca 17-ci fakültə olduğunu da söyləyib. 

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə Bakı Dövlət Universitetinin «Təkamül Təlimi Muzeyi»nə Cənubi Amerika və Afrika qitələrinə ilk Elmi-İdman Ekspedisiyaları zamanı toplanılmış unikal biomüxtəliflik nümunələri kolleksiyasını hədiyyə edib. Nazir bildirib ki, onun başçılığı ilə Antarktida, Cənubi Amerika və Afrika qitələrində yerləşən dünyanın ən hündür 6 zirvəsinə üçünə ilk elmi-idman ekspedisiyaları təşkil edilib. Ekspedisiyalar çərçivəsində Kilimancaro (dəniz səviyyəsindən 5899 m) və And dağları (Akankaqua zirvəsi 6960 m) təbiətindən unikal geoloji və biomüxtəliflik nümunələri toplanılıb.

H. Bağırov deyib ki, bu biomüxtəliflik nümunələri BDU-nun çoxminlik tələbə və müəllim heyəti tərəfindən uzaq qitələrin əlçatmaz zirvələrinin bioloji müxtəlifliyi barədə məlumatların alınmasına, fundamental elmi-tədqiqat işlərinin aparılmasına töhfə verə biləcək.

3 Mart, 2011  21:05 Baxılıb: 2021

Bu bölmədə