Korrupsiyaya qarşı mübarizə idarəsində “qaynar xətt” fəaliyyətə başladı
Vətəndaşlar şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə günün istənilən vaxtı xidmətə müraciət edə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərinə müvafiq olaraq, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın cari il yanvarın 27-də keçirilmiş geniş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən bu qəbildən olan neqativ halların aradan qaldırılması, bu sahədə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması ilə əlaqədar konkret tədbirlər müəyyənləşdirilib. Respublika Prokurorluğunun mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə, Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə həmin idarənin nəzdində “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və onun fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub.
3 Mart, 2011 14:54 ⁄ Baxılıb: 1542
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |