11 həkim imtahandan maksimum bal topladı
Sayca 6-cı imtahanda 97 həkimdən yalnız 1 nəfər sertifikasiyanın növbəti mərhələsinə keçid balını toplaya bilməyib Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə fevralın 23-də keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 97 həkim iştirak edib. İştirakçılardan 11 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 96 nəfər (99 faizi) uğurlu nəticələr əldə etmişdir.
1 Mart, 2011 17:55 ⁄ Baxılıb: 1605
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |