Elmar Hüseynovun öldürülməsindən 6 il keçdi
Martın 2-də jurnalistlər mərhum baş redaktorun məzarını ziyarət edəcək Martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 6 ili tamam olur. Mərhum jurnalistin atası Sabir Hüseynov “Media forum” saytına bildirib ki, hər həftə cümə axşamı günü qəbiristanlığa gedir, oğlunun məzarı üzərinə güllər qoyur və “Quran” oxutdurur. Artıq ixtiyar yaşda olduğunu deyən Sabir Hüseynov qeyd edib ki, başqa günlər az-az evdən çıxır: “Elmar üçün çəkdiyim əziyyətdən yorulmuram, bəlkə də məni hələ yaşadan budur”.
28 Fevral, 2011 20:31 ⁄ Baxılıb: 2275
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |