Ali məktəblərə qəbul imtahanlarının keçirildiyi regionların sayı artırılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarının keçirildiyi regionların sayını artırmağı nəzərdə tutur. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il bütün ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçiriləcək. Lənkəranda isə bu il yalnız bir ixtisas qrupu üzrə qəbul imtahanın keçirilməsi nəzərdə tutulur: “Gələn il burada da imtahanlar bütün qruplar üzrə keçiriləcək. Bundan əlavə, daha bir regionda imtahanın keçirilməsi planlaşdırılır. Ola bilsin ki, Şəkidə birinci ixtisas qrupu üzrə imtahan keçirilsin. Amma hələ dəqiq deyə bilmərəm ki, burada imtahan hansı qrup üzrə olacaq”.
28 Fevral, 2011 17:13 ⁄ Baxılıb: 1582
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |